logo

DTX Alimpaşa Məmmədovu Bakıya gətirdi

15:11 26-04-2021 | icon 7721
DTX Alimpaşa Məmmədovu Bakıya gətirdi

Dövlət Təhlükəsizliyi Xidməti(DTX) tərəfindən saxlanılan Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Bakıya gətirilib.

YeniAvropa xəbər verir ki, Şəmkir rayon icra hakimiyyətinin başçısı A. Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda A.Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.

Qeyd edək ki, bu gün Şəmkir rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.