Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə Türkiyədə müğənniyə donor qaraciyəri köçürülmüşdü.