logo

AMİP-in Siyasi Şurasının üzvü COVİD-19-dan dünyasını dəyişdi

11:12 18-04-2021 | icon 2023
AMİP-in Siyasi Şurasının üzvü COVİD-19-dan dünyasını dəyişdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Həsənov Məhərrəm İsrayıl oğlu  koronavirusdan dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə AMİP-dən bildirilib. 

Qeyd edilib ki, M. Həsənov bir müddət əvvəl koronavirusa yoluxub. Paytaxtdakı  xəstəxanalardan birində müalicə olunub.Lakin müalicəsi effektiv olmayıb. O, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, M.Həsənov uzun müddət Xətai bələdiyyəsinin də  üzvü olub.