logo

3 taekvondoçumuz Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək

15:25 15-04-2021 | icon 2107
3 taekvondoçumuz Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək

Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, komandamızı yarışda 3 idmançı təmsil edəcək.

Belə ki, qadınların yarışında Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvələrini sınayacaqlar.

Kişilərin mübarizəsində isə Avropa, dünya və Olimpiya çempionu Radik İsayev (80 kiloqramdan yuxarı) mübarizə aparacaq.

Turnir 3 gün davam edəcək.