logo

İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək

14:29 15-04-2021 | icon 287
İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər etməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov  "Caspian Energy Club"un təşkil etdiyi biznes forumda çıxışı zamanı məlumat verib. 

“Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana səfəri gözlənilir. Hazırda sənədlər paketi hazırlamaq üçün işlər aparılır və əhəmiyyətli dərəcədə işləmək üçün iki və ya üç illik iş planı hazırlanır", - deyə səfir vurğulayıb.

Diplomat daha sonra ,  Azərbaycan və Özbəkistan tərəflərinin əməkdaşlığın genişləndirilməsinə dair bütün təkliflərinin "yol xəritəsinə" daxil ediləcəyini də qeyd edib.