logo

Ermənistanda sərxoş sürücü 2 hərbçini öldürdü, 4-nü isə yaraladı

14:12 15-04-2021 | icon 1855
Ermənistanda sərxoş sürücü 2 hərbçini öldürdü, 4-nü isə yaraladı

Ermənistanın Kotayk vilayətində şərxoş sürücü idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. Nəticədə 2 hərbçi ölüb, 4-ü yaralanıb.

YeniAvropa erməni KİV-nə istinadla xəbər verir  ki, Ermənistanın Müdafiə Nazirliyi yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçisinin ölməsi faktını təsdiqləyib.

Bildirilib ki, hadisə yerindən qaçan sürücü 34 yaşlı Karen Mikaelyan artıq saxlanılıb.

Məlumata görə, ölən hərbçilər və yaralılar eyni hərbi hissədə xidmət edirmiş.

Yaralı hərbçilərdən birinin vəziyyəti ağırdır. O, hospitala yerləşdirilib.