logo

Ətraf mühiti çirləndirən bələdiyyə sədri 3000 manat cərimə olundu

13:10 15-04-2021 | icon 280
Ətraf mühiti çirləndirən bələdiyyə sədri 3000 manat cərimə olundu

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Qobu qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.