logo

Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur-Mövlud Çavuşoğlu

12:52 15-04-2021 | icon 294
Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur-Mövlud Çavuşoğlu

Türkiyə Rusiya ilə Ukrayna arasında yaranmış böhranda heç bir tərəfi dəstəkləmir, lakin münaqişənin tənzimlənməsi üçün diplomatik dəstək verməyə hazırdır.

YeniAvropa Türkiyənin "NTV" telekanalına istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hazırda Donbasda problemlər var, lakin Minsk sazişi də mövcuddur. Biz tərəfləri bu problemi sülh və diplomatik yolla həll etməyə çağırırıq. Türkiyə həm Ukrayna, həm Rusiya, həm də digər dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Bizim hər hansı bir dövlətlə əlaqələrimiz digər dövlətlə münasibətlərimizə təsir etməməlidir. Ukrayna və Rusiya arasında yaranan fikir ayrılığında heç bir tərəfi dəstəkləmirik”, - deyə Mövlud Çavuşoğlu telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyənin siyasəti bütün problemlər, o cümlədən də Krım məsələsi barədə aydın ifadə olunub.

“Öz mövqeyimizi hər iki tərəfə səmimi və açıq şəkildə bildirmişik, biz konstruktiv siyasət aparırıq. Hazırda gərginlik azalmağa başlayıb ki, bu da bizi sevindirir. Türkiyə bu prosesə töhfə verməyə hazırdır”, - deyə Türkiyənin xarici işlər naziri əlavə edib.