logo

Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb

10:55 15-04-2021 | icon 259
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 7994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 127 min 127 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

Hesabat dövründə ölkə üzrə bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub.