Xalq rəssamı Mirnadir Zeynalov vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq rəssamı Mirnadir Zeynalov martın 10-da vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Rəsm Qalereyasından bildirilib.
Qeyd edək ki, Mirnadir Zeynalov 1942-ci il noyabrın 12-də Bakının Buzovna kəndində anadan olub. O, 1963-сü ildə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsində alıb.
Mirnadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlar nəslinə daxildir. O, Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvüdür.
Rəssam 1976-cı ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu alıb. Rəssamın 1985-1987-ci illərdə Hindistana həsr olunmuş iki fərdi sərgisi təşkil olunub. O, Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, "Hind məbədi", "Hind həyət" və s. mənzərələrini yaradıb.
O, SSRİ İncəsənət Akademiyasının çoxlu sayda diplomları və medalları ilə təltif edilib. Rəssam 1989-cu ildə Bakıda keçirilən "Xəzəryanı ölkələri rəssamlarının bienallesi"ndə "Yaz bağı" əsəri bürünc medala layiq görülüb, "Təsviri sənətdə Nar obrazı" beynəlxalq müsabiqəsinin qalibi seçilib.
Rəssamın əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Federasiyası Mədəniyyət Nazirliyində, Rusiyanın Bədii Fondunda, həmçinin onlarla şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə "Sotbis" (London) hərracına çıxarılıb. Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anсeles və bir çox başqa şəhərlərdə nümayiş edilib.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər