logo

Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

17:33 03-02-2021 | icon 2191
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 361 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 230 min 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 224 min 168 nəfər müalicə olunaraq sağalıb, 3145 nəfər vəfat edib. Aktiv xəstə sayı 3304 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 426 min 945 test aparılıb. Bugünkü test sayı isə 7198-dir.