"Əgər COVİD-19 xəstələri və ya buna oxşar xəstəlikləri olan insanlar ilkin mərhələdə antiviral dərmanlar qəbul edərsə, xəstəliyi yüngü keçirər və tez sağalar".
YeniAvropa xəbər verir ki, bunu açıqlamasında millət vəkili, tanınmış kardioloq həkim Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə "Favipiravir" həbini hər 12 saatdan bir 8ədəd qəbul edərlərsə, mütləq faydasını görərlər:"Bu, artıq dünya praktikasından uğurla çıxıb".
O, əlavə edib ki, bundan əlavə olaraq xəstələr ilk mərhələdə "Arbidol", "Arbivir", "Arbiflyu", "Tamoflyu" kimi dərmanları qəbul edərlərsə, tez bir zamanda sağalarlar:"Yəni xəstəliyin ağır fəsadlarını yaşamadan sağalarlar. Mən əmin edirəm ki, əgər xəstələr ilkin mərhələdə bu dediyim dərmanları qəbul edərsə, xəstəxanaya müraciət edənlərin sayı 99 faiz azalar".
R. Mahmudov onu da bildirib ki, kimsə laqeyd yanaşıb vaxtı keçdikdən sonra qəbul edərsə bu elə də ciddi fayda vermir.