logo

Xərçəngdən əziyyət çəkən əməkdar artistin səhhəti yenidən ağırlaşıb

14:49 26-11-2020 | icon 22960
Xərçəngdən əziyyət çəkən əməkdar artistin səhhəti yenidən ağırlaşıb

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

YeniAvropa xəbər verir ki,müayinə zamanı  aktrisada yenidən şiş tapılıb. Bu barədə “Toppuş bacı” obrazı ilə məşhurlaşan aktrisa məlumat verib. Bildirib ki, bu dəfə şiş ağ ciyərində aşkar olunub:

“İndi də ağ ciyərimdə şiş tapıldı. Birinci MRT-dn sonra balacalaşma var. Bu artıq bədənimin 4-cü hissəsindədir. Güman edirəm ki, bununla da bitəcək. Çünki bədənim artıq kimyalara davam gətirmir. Sonuncu kimyanı qəbul edəndə 21-22 gün fasilə verməli idim. Amma bu dəfə arada olan məsafə çox oldu. Təsəvvür edin ki, son dəfə mənə kimya köçürməli olanda evdə pis hala qaldım. Məni evdən apardılar atamgilə. Çünki biz elə başa düşdük ki, mən artıq həyatla vidalaşıram. Allah heç bir anaya bu ağrıları qismət eləməsin. Günü sayırsan ki, birdən yataram, sabah ayılmaram. 15 gün atamgildə qaldım, bacım mənə baxdı. Çox şükür ki, o ağrılar məndən keçdi. İnanıram ki, ağ ciyərimdə tapılan yeni şiş də keçəcək. İnanın ki, ölürdüm. Elə hiss edirdim ki, əzrail mənimlə bərabər oturmuşdu, canımı almağı gözləyirdi. Görünür məni övladıma bağışladı”.

Xatırladaq ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.

Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti yenidən ağırlaşdı  -  Foto
Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti yenidən ağırlaşdı  -  Foto