Nazpəri erməninin evindən çıxan fotosundan danışdı
“Övladlarımızın qanı, Ali Baş Komandanımızın göstərdiyi güc bahasına alınan torpaqlarımıza görə çox xoşbəxtəm. Şükürlər olsun ki, Qarabağımız artıq bizimdir. Mənim üçün Azərbaycan bölünməzdir. 27 il mən də qarabağlılar kimi bu həsrəti, acını yaşamışam. Hər bayramda soruşurdular ki, arzunuz nədir? Deyirdim, torpaqlarımız düşmən tapdağından geri qayıtsın. Eyni zamanda türk qardaşlarımıza təşəkkür edirəm. Nə yaxşı biz bir olduq, qardaşlar birləşdi. Bir olan yumruğu heç kim əyə bilməz”.
YeniAvropa xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "axşam.az"a çıqlamasında deyib. O, son günlər sosial şəbəkədə yayılan videoya da münasibətini bildirib. Müğənni qeyd edib ki, erməninin evindən fotosunun çıxması onu təəccübləndirməyib:
“Xoşbəxtəm ki, Azərbaycanın musiqi sənətini bütün dünyada sevdirirəm. Mənim üçün qeyri-adi deyildi. Almaniyada tanımadığım almanların evində Rəşid Behbudovun plastinkasını, öz kasetimi görəndə təəccüblənmişdim. İsraildə avtobusda gedərkən Natali şəhərində kliplərimin yayımlandığını görmüşəm: “Nə olar Allahım ayırma bizi”, “Mənim göz yaşımı görməyəcəksən”. Dilimizi bilməyən insanlardır orada. Əlbəttə, musiqinin dili yoxdur. Amma bunları çox görmüşəm.
Orada çıxan şəklimə elə də əhəmiyyət vermirəm. Yəqin evdə tək fotom yox, mahnılarım da olub. Özüm haqqında böyük danışmağı sevmirəm, hər zaman gördüyüm işlər müzakirə edilib. Buna məncə heç kim pis rəy verməz. Üç gündür telefon zənglərinə cavab vermirəm, özüm haqda danışmaq istəmirdim. Mən pafosla danışan biri deyiləm. Yalnız onu deyim ki, deməli, Azərbaycan musiqisini layiqincə təmsil edib, sevdirə bilmişəm”.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər