Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulub.
YeniAvropa xəbər verir ki, bu barədə müğənninin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki, Nisə xanım bir müddət öncə Milli Onkologiya Mərkəzinin Mamologiya şöbəsində süd vəzisi xərçəngindən əməliyyat olunub.
66 yaşlı müğənni xəstəxanada qaldıqdan sonra evinə buraxılıb.
Hazırda onun vəziyyəti stabildir.