Əməkdar artist Bəhram Bağırzadəyə ağciyər köçürülməsi
gündəmdə deyil. YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi
Gömrük Hospitalının(MGH) rəisinin müalicə işləri üzrə müavini
Bəxtiyar Musayev "Baku TV"yə" müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Bəhrəm Bağırzadə 4 gündür MGH-də
müalicə alır, səhhəti hələ də ağır olaraq qalır.
"Ancaq buna baxmayaraq, Bəhrəmin vəziyyəti ilə bağlı müəyyən bir
stabilləşmə əldə etmişik. Gələcəyə müəyyən ümidlərlə baxırıq",-deyə B.Musayev bildirib.
O, deyib ki, Azərbaycanda ümumiyyətlə ağciyər köçürülməsi əməliyyatı aparılmır: "Dünyada bu tip əməliyyatlar cəmi bir neçə ölkədə , bir neçə
dəfə aparılıb. Deyərdim ki, bunlar eksperimental xarakter daşıyıblar.
Və əməliyyatların nəticələri də heç də sevindirici deyildir".