logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistik məlumatı açıqladı

22:10 25-04-2020 | icon 8883
TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistik məlumatı açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 25-nə olan statistik göstəriciləri açıqlayıb.

YeniAvropa xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 069 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 25 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 617 yoluxma aşkarlanıb. Onlardan 1 080-i sağalıb, 21-i ölüb. Hazırda aktiv xəstə sayı 516-dır. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.