logo

TƏBİB valideynlərə müraciət etdi

12:10 24-04-2020 | icon 6055
TƏBİB valideynlərə müraciət etdi

Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.

 YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-in immunlaşdırma həftəsi ilə bağlı valideynlərə müraciətdə bildirilib.

"Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər", - deyə müraciətdə qeyd edilib. 

Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilir.