Lerik rayonundakı “Relax” turizm-istirahət mərkəzində karantində olan vətəndaşlarımıza ərzaq bağlamaları, bayram xonçaları, tibbi ləvazimatları veriblər.
YeniAvropa xəbər verir ki, bu barədə Lerik rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, Lerik rayonunda koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində rayonun bütün idarə, müəssisə və təşkilatları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin rejiminə uyğun işlərini quraraq infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirləri davam etdirirlər.