logo

“Eurovision–2020” mahnı yarışması ləğv edilməyəcək

14:54 14-03-2020 | icon 25151
“Eurovision–2020” mahnı yarışması ləğv edilməyəcək

May ayında Niderlandda keçirilməsi planlaşdırılan “Eurovision 2020” mahnı yarışması koronavirus təhlükəsi ilə əlaqədar ləğv olunmayacaq.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rotterdam şəhər hakimiyyəti qərar qəbul edib.

Rotterdam bələdiyyə şurasının əməkdaşı Said Kasmi hakimiyyətin virusun yayılmasına gündəlik nəzarət etdiyini bildirib.

“Hələ ki, yarışma hər hansı əlavə qərarın verilməsini tələb etmir. Hazırlıq işləri davam etdirilir. Düşünürəm ki, aprelin ortasında bu suala bir daha qayıtmaq lazım olacaq, ancaq müsabiqəyə qədər hələ vaxtımız çoxdur”, - deyə o, əlavə edib.