logo

Bakıda İtaliya Dizayn Günü keçirilib

22:17 01-03-2018 | icon 4879
Bakıda İtaliya Dizayn Günü keçirilib

Bakıda İtaliya Dizayn Günü çərçivəsində “70 illik səyahət: İtaliya dizaynı 50-ci illərdən bu günə” adlı sərgi keçirilib.

YeniAvropa xəbər verir  ki, sərgidə İtaliyanın texnoloji avadanlıqları, geyimləri, şərabları nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bildirib ki, Bakıda İtalyan Dizayn Gününün keçirilməsi Azərbaycan və İtaliya arasında dizayn və memarlıq sahəsində əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər iki ölkə arasında gələcək əməkdaşlığı gücləndirəcək.

“İtaliya Dizayn Gününə həsr olunmuş tədbirlər zamanı müzakirə olunan mövzular Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə mükəmməl ahəngdarlıq təşkil edir. İtaliya Azərbaycanın, xüsusilə Bakının malik olduğu gözəlliyin və imkanların daimi şəkildə təşviqinə xüsusi diqqət ayırır. Ölkələrimiz müxtəlif sahələr üzrə möhkəm dostluq və əməkdaşlıq əlaqələrinə malikdir. İtaliya mebel sahəsində ümumi idxalın 26,3 faiz payı ilə Azərbaycanın ikinci təchizatçısıdır. Bundan əlavə, İtaliya mətbəx mebellərinin ixracında 75 faiz payla birinci yerdədir”, - deyə səfir vurğulayıb.

A.Massari qeyd edib ki, tədbir ölkəsinin mədəniyyətinin və iqtisadiyyatının mühüm hissəsi olan İtaliya dizaynını nümayiş etdirmək üçün böyük əhəmiyyətə malikdir.

Sərgi əyləncəli proqramla başa çatıb.

12