logo

Hazırda Azərbaycanda 224 nəfər karantində saxlanılır

20:17 28-02-2020 | icon 3269
Hazırda Azərbaycanda 224 nəfər karantində saxlanılır

Hazırda Azərbaycanda 224 nəfər karantində saxlanılır.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahın fevralın 28-də koronavirusla bağlı keçirdiyi mətbuat konfransında qərargahın üzvü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva məlumat verib.

Yaqut Qarayeva bildirib ki, onların 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələrin, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

"Hazırda müayinə aparılır. Ona görə də karantində qalanların sayı sabit qalmır. Analiz nəticələri mənfi çıxanlar evə müşahidəyə buraxılırlar. Amma koronavirus olmasa belə digər respirator xəstəliklərə yoluxanlar müalicə olunmalıdırlar".