Azərbaycanda ilk koronavirusa yoluxma faktı təsdiqlənib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmədov məlumat verib. Onun sözlərinə görə, rəsmi qurumlar tərəfindən bütün zəruri tədbilər görülməkdədir:
“Mütəmadi olaraq vətəndaşlara məlumatlar veriləcək”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova "modern.az"a açıqlamasında faktı təsdiqləyib, insanlara diqqətli olmağı tövsiyə edib.