logo

Koronavirus Azərbaycan vasitəsilə Belarusa keçdi

12:33 28-02-2020 | icon 3290
Koronavirus Azərbaycan vasitəsilə Belarusa keçdi

Belarusda koronavirusuna ilk yoluxma faktı qeydə alınıb. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Belarusun Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, infeksiya iranlı tələbədə aşkarlanıb.

“Fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan reyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb”, -deyə məlumatda qeyd edilib.

"Hazırda xəstə və onunla əlaqədə olan şəxslər Minsk Yoluxucu Xəstəliklər Xəstəxanasında xüsusi palatalara yerləşdirilib. Tələbə özünü qənaətbəxş hiss edir. Belarus hökuməti koronavirusun yayılmasının qarşısını almağa yönəlmiş sanitar və epidemioloji tədbirlər həyata keçirir".

Qurum Cənubi Koreya, İran və İtaliyada koronavirusla əlaqəli vəziyyətin pisləşməsi səbəbindən Belarus səlahiyyətlilərinin, bu ölkələrdən gələn bütün vətəndaşların müayinə və laborator diaqnostikası keçirmək qərarına gəldiyini açıqlayıb.