Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin vaxtı dəyişir
Azərbaycan əhalisinin səbirsizliklə gözlədiyi icari tibbi sığortanın ölkədə tətbiqi ilə bağlı əvvəlcədən açıqlanan qrafik və sığorta ilə bağlı bəzi qaydalar dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev bildirib.
Əsas yenilik odur ki, ölkədə icbari tibbi sığortanın tətbiqi birdən-birə bütün ölkə üzrə deyil, mərhələ-mərhələ başlanacaq. Bu məqsədlə ölkə ərazisi şərti olaraq 4 hissəyə bölünəcək. Yanvarın 1-dən tətbiq ediləcək icbari tibbi sığorta əvvəlcə ölkənin şimal bölgəsinin 20 rayonundan başlayacaq və hər 3 aydan bir digər rayonlar da qoşulacaq.
"İcğari tibbi sığortanın yanvarın 1-dən etibarən Azərğaycanın şimal bölgəsində başlanmasını təklif edirik. Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək"
Bundan başqa, vətəndaş axınını tənzimləmək və sui-istifadə hallarının qarşısını almaq üçün müştərək maliyyələşmə mexanizmi tətbiq ediləcək. Belə ki, ölkə üzrə rayonlar qruplaşdırılaraq tibbi ərazi bölmələrinə ayrılacaq. Hər bir qrupa 6-ya yaxın rayon daxil olacaq və vətəndaşın bu əraziyə daxil oan istənilən rayonda istədiyi həkimi seçmək hüququ olacaq. Qeyd edək ki, indiyədək müzakirə olunan variantda vətəndaşın bütün ölkə üzrə istədiyi xəstəxana və həkimi seçmək hüququnun olacağı bildirilirdi.
İcbari tibbi sığortanın tətbiqi, ümumiyyətlə «Tibbi Sığorta haqqında» qanuna ediləcək əlavə və dəyişikliklər həftənin sonunda, istirahət günü olsa da, şənbə günü, noyabrın 23-də Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilib. İclasda deyilib ki, qanuna 126 əlavə və dəyişikliak ediləcək və bu yeniliklər o qədər əhəmiyyətlidir ki, 1999-cu ildə qəbul edilmiş qanun tamamilə dəyişəcək.
İcbari sığortanın niyə əvvəl elan edildiyi kimi, yanvarın 1-dən etibarən bütün ölkə ərazisində deyil, mərhələ-mərhələ tətbiqinin səbəbi hələ açıqlanmasa da, millət vəkillərinin çıxışından məlum olur ki, əsas məsələlərdən biri kadr – həkimlərin işə cəlbidir.
Bundan başqa, Azərbaycanda yeni tibb müəssisələrinin inşa edilməsi üçün Dünya Bankı ilə danışıqlar aparılır. «Tibbi sığorta haqqında» qanuna dəyişiklik edilməsi üçün qanun layihəsi plenar iclasa tövsiyə edilib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov