logo

Bakıda 40 günlük körpə üzərində ürək əməliyyatı aparıldı

13:49 06-11-2019 | icon 27986
Bakıda 40 günlük körpə üzərində ürək əməliyyatı aparıldı

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) anadangəlmə ürək qüsurundan əziyyət çəkən yeni doğulmuş uşaq sağlamlığa qovuşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, mərkəzin ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı Anar Əmrahın rəhbərliyi altında növbəti uğurlu əməliyyat icra olunub, anadangəlmə ürək qüsurundan əziyyət çəkən yeni doğulmuş uşaq sağlamlığa qovuşub.

Əməliyyat erkən yaşda ciddi ürək çatışmazlığı, ağciyər (pulmonar) hipertenziya, biküspid aort qapaq və geniş (10 mm) PDA ilə 40 günlük körpə üzərində həyata keçirilib.

RMDM-ə qəbul edilərkən körpədə qidalanma zamanı ciddi təngnəfəslik, yorulma və tərləmə əlamətləri var idi. Qüsur aradan qaldırıldıqdan sonra körpənin çəkisində gözəçarpacaq dərəcədə artma müşahidə olunub və yaxşı vəziyyətdə evə yazılıb.