logo

Mingəçevirdə yanğın: Beş nəfər zəhərləndi

01:41 12-12-2017 | icon 3976
Mingəçevirdə yanğın: Beş nəfər zəhərləndi

Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.

YeniAvropa.Az Report-a istinadən xəbər verir ki, yanğın 8 saylı doqquzmərtəbəli binanın 3-cü blokunun 6-cı mərtəbəsində liftdə baş verən qısaqapanmadan başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

S.B.