Azərbaycanın xalq artisti Ofelya Sənani infakt olub.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, xalq artisti ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanadan verilən məlumatda isə, hazırda reanimasiya şöbəsində müalicə alan xalq artistinin vəziyyəti ağır qiymətləndirilib.
Qeyd edək ki, 78 yaşlı Ofeliya Sənani Azərbaycan radiosunun ilk diktorlarından hesab edilir. O, uzun illər həm də dövlət televiziyasında diktor olub. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. Həmçinin, "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmlərində rol alıb.