logo

Qayınana böyrəyini kürəkəninə bağışlayıb

15:48 26-09-2019 | icon 17906
Qayınana böyrəyini kürəkəninə bağışlayıb

Respublika Müalicəvi Diaqnostika Mərkəzində həyata keçirilən növbəti transplantasiya əməliyyatı zamanı 54 yaşlı qayınana böyrəyini xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə bağışlayıb.

Mərkəzdən YeniAvropa-ya verilən məlumata görə, cərrah-uroloq, tibb üzrə fəlsəfə elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb.

Əməliyyatdan sonra həkimin dediyinə görə, neçə illər aldığı hemodializ seansları xəstənin orqanizmin sağlamlığına təsirsiz ötüşməyib: “Vəziyyətinin getdikcə pisləşdiyinə görə ona təcili böyrək köçürülməli idi. Uyğun donor xəstənin qayınanası oldu. Zəruri analiz və müayinələrdən sonra donorun sağlamlığına əmin olduq və əməliyyata qərar verdik. Xoşbəxtlikdən orqanizm köçürülmüş böyrəyi qəbul etdi. Artıq onların hər iksi evə yazılıb. Uzun illər əziyyətli hemodializ prosedurları alan xəstə normal həyatına davam edəcək”.