Azərbaycan Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq festivalında təmsil olunur
Avqustun 26-da Səmərqənd şəhərində “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, xəbər verir ki, musiqi bayramında Özbəkistan prezidenti Şavkat Mirziyoyev, UNESKO-nun Baş direktoru Odri Azule, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev, Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin Mədəniyyət nazirləri və digər yüksək səviyyəli qonaqlar, Özbəkistan hökumətinin və parlamentin üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da açılış mərasimində iştirak ediblər.
Dünyanın 75 ölkəsindən 340 ifaçının qatıldığı bu festivalda ölkəmizi gənc ifaçı Pərviz Qasımov təmsil edir. Onu əməkdar artist Malik Mansurov (tar), əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət edəcəklər.
Musiqi bayramını Özbəkistan prezidenti Şavkat Mirziyoyev açaraq iştirakçıları və ifaçıları təbrik edib, onlara uğurlar arzulayıb. Dövlət başçısı bildirib ki, festivalın populyarlığı ildən-ilə artır. Belə ki, birinci festivalda 30 ölkə iştirak etmişdisə, bu festivalda 75 ölkə təmsil olunur.
UNESKO-nun baş direktoru Odri Azule xalqlar arasında etimadın möhkəmlənməsində “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının böyük rolu olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan müntəzəm olaraq bu nüfuzlu musiqi festivalında layiqli yerlər tutur.
1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın xalq artisti Simarə İmanova "Qran-Pri" mükafatına layiq görülüb. XI Festivalda isə əməkdar artist, tarzən Sahib Paşazadə "Qran-Pri"ni ikinci dəfə Azərbaycana aparıb.
Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov