logo

Ananın böyrəyi 19 yaşlı qızının həyatını xilas etdi

13:12 06-08-2019 | icon 15834
Ananın böyrəyi 19 yaşlı qızının həyatını xilas etdi

Ağır vəziyyətdə klinikaya müraciət edən 19 yaşlı xəstə üzərində aparılan böyrəkköçürmə əməliyyatı uğurlu olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən bildirilib. Qeyd edilib ki, xəstənin donoru   40 yaşlı anası olub. . Əməliyyat mərkəzin cərrah-uroloqu, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə aparılıb.

Uğurla aparılan əməliyyatdan sonra köçürülmüş böyrək normal fəaliyyət göstərməyə başlayıb və xəstənin çəkisində ciddi yaxşılaşma müşahidə edilib.

Məlumatda bildirilib ki, uzun müddət xroniki böyrək çatışmazlığından əziyyət çəkən və mütəmadi hemodializ seansları qəbul edən gənc qızda kaxeksiya inkişaf edbi. Maddələr mübadiləsinin pozulduğuna görə orqanizmdə ümumi zəiflik fonunda, son zamanlar yemək belə yeyə bilməyən xəstədə proqressiv arıqlama baş verib və çəkisi 40 kiloqrama düşüb.