“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) yeni tədbirlər silsiləsini təqdim edir.
Qoruq İdarəsindən YeniAvropa-ya bildirilib ki, ölkəmizdə ilk dəfə sentyabrın 28-dən oktyabrın 4-dək “İçərişəhər” DTMQİ İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək.
“Nəsimi ili” ilə əlaqədar olaraq keçirilən festivalda iştirak etmək istəyənlər avqustun 15-dək [email protected] elektron ünvanına müraciət edə bilərlər.