Səhhətində ciddi problemlər yaranan xalq artisti, sevilən müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə KİV-ə xalq artistinin oğlu Yusif Rzazadə məlumat verib.
Onun sözlərinə görə, atası Türkiyədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək.
"Hazırda müayinələr bitib və atamın müalicəsi davam etdirilir",-deyə o bildirib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.