logo

Alimlərimiz Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək

11:27 03-02-2018 | icon 4662
Alimlərimiz Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək

Fevralın 6-7-də Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin irsi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək.YeniAvropa xəbər verir  ki tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Hindistan, Əfqanıstan, Pakistan və digər ölkələrin nəvaişünas alimləri iştirak edəcək.

Ölkəmizi bu konfransda Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, həmin institutun əməkdaşı Elçin İbrahimov, AMEA Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktoru Könül Rəhimova və Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər təmsil edəcəklər.

Konfransda Əlişir Nəvainin həyat və yaradıcılığı ilə bağlı məruzələr dinləniləcək.

Tədbirdə Azərbaycan alimlərinin çıxışları nəzərdə tutulub.