Bakıda V Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək
Mayın 3-5-də Azərbaycanda Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən onkologiya, qastroenterologiya, cərrahiyyə, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra digər sahələrinin aktual problemlərinə həsr olunmuş beynəlxalq səviyyəli V Azərbaycan-Alman-Türk Tibb Konqresi və V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.
YeniAvropa xəbər verir ki, konqresdə Almaniya, Türkiyə, İsveçrə, Avstriya və Ukraynanın tanınmış universitet klinikalarında çalışan 20-dən çox mütəxəssisin mühazirələri dinləniləcək, eyni zamanda interaktiv diskussiyalar, ağır kliniki hallar müzakirə ediləcək.
Konqreslə yanaşı laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiyaya həsr olunmuş təqribən 300 nəfərə qədər iştirakçının cəlb ediləcəyi V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək. Treninqlər Avropada Davamlı Tibb Təhsili və Mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir tədris proqramları və treninq protokolları əsasında mulyajlardan və xüsusi simulyatorlardan istifadə edilməklə canlı heyvan orqanları üzərində aparılacaq. Konqres və treninqlərdə referent, moderator və trener qismində Avropanın universitet klinikalarında çalışan və beynəlxalq trener statusu olan professorlarla yanaşı azərbaycanlı mütəxəssislər də iştirak edəcək və xarici həmkarları ilə bilik, təcrübə mübadiləsi aparacaqlar. Konqres və treninqlərlə yanaşı Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
Konqres və treninqlərdə iştirak etmək üçün Azərbaycan, Özbəkistan, Rusiya, Ukrayna və Türkiyədən 800-ə yaxın iştirakçı artıq qeydiyyatdan keçib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov