Bakıda Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək
Mayın 3-dən 5-dək Bakıda V Azərbaycan-Alman-Türk Tibb Konqresi və V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov məlumat verib. Onun sözlərinə görə, , konqres zamanı cərrahiyyə, onkologiya, qastroenterologiya, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş çıxışlar ediləcək, müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında müzakirələr və bilik mübadiləsi aparılacaq. Konqresin işində referent qismində Almaniya, Türkiyə, İsveçrə və Avstriyanın Universitet klinikalarında çalışan 20-ə yaxın tanınmış professor iştirak edəcək.
Müzakirələrlə yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçiriləcək. Tədbirin gedişində maraqlı mühazirələr, diskussiyalar və bilik mübadiləsi ilə yanaşı laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiya, ultrasonoqrafiya üzrə təqribən 300 nəfər iştirakçının cəlb ediləcəyi V Bakı Beynəlxalq Tibbi Treninq Günləri çərçivəsində tibbi treyninqlərin də keçirilməsi planlaşdırılır. Treninqlər Avropada Davamlı Tibb Təhsili verən müəssisələrdə tibb mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında ən müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə keçiriləcək. Konqres və treyninqlərdə aparıcı Avropa ölkələri, Türkiyə, Rusiya və s. ölkələrdən gəlmiş beynəlxalq statuslu mütəxəssislərlə yanaşı azərbaycanlı alimlərimiz də referent, moderator və trener qismində iştirak edərək xarici həmkarları ilə bilik və təcrübə mübadiləsi aparacaqlar. Bu il də ötən illərdə olduğu kimi Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin, canlı əməliyyatların və mürəkkəb xəstələrlə bağlı müzakirəsinin də keçirilməsi planlaşdırılır.
Tədbir Avropa Davamlı Tibb Təhsili İnstitutları və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən tərəfindən akkreditasiya olunaraq 30 CME balı ilə qiymətləndirilib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov