“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olub
Fevralın 6-da Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uzun müddət nəşri üzərində iş aparılan və yenicə işıq üzü görmüş “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı keçirilib.
YeniAvropa xəbər verir ki, tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq belə bir təqdimatın təmsil etdiyi mədəniyyət ocağında keçirilməsindən məmnunluğunu bildirib və kitabın milli mətbəximizin təbliğindəki rolunu qeyd edib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, tarixi torpaqlarımıza göz dikən ermənilər milli mətbəx nümunələrimizə də əl uzatmaqdan çəkinmirlər. Bir sıra dadlı təamlarımızı özününküləşdirməyə cəhd edirlər. Buna görə də düşmənlə təkcə səngərdə yox, bütün cəbhələrdə, o cümlədən kulinariya sahəsində də mübarizə aparmaq lazımdır. Bu baxımdan belə nəşrlər milli mətbəximizə sahib çıxmağımıza kömək edir.
Vurğulayib ki, kitab daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığına və UNESCO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyeva ithaf edilib. Qeyd edib ki, kitabda 2016-cı il Abşeronda, 2017-ci il Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapıb. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb. Nəşrdə verilən bəzi dolmalar artıq patent hüququna malikdir.
Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov ölkəmizin zəngin mətbəxə malik olduğunu bildirərək turizmin inkişafında milli mətbəximizin rolunu vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi İlham Manafov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və başqaları çıxış edərək kitabın ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasında və təbliğ olumasında əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, milli kulinariyamız özündə xalqımızın tarixi inanclarının bir çox sirlərini ehtiva edir. Onların tədqiqi kulinariya tariximizin öyrənilməsi və mətbəx mədəniyyətimizin qorunması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, kitabın müəllifləri Tahir Əmiraslanov, Aygül Əsgərova, Ceyran Əsgərova, Aynurə Əmiraslanova və Ağakərim Şamidzadədir.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər