logo

Azərbaycanda 16 nəfər  "donuz qripi”nə yoluxub-RƏSMİ

11:17 01-02-2019 | icon 21560
Azərbaycanda 16 nəfər  "donuz qripi”nə yoluxub-RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda H1N1 (donuz qripi) virusunun olduğunu təsdiqləyibı. 

YeniAvropa xəbər verir  ki, bu gün təşkilatın Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında ÜST-ün Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bildirilib ki, Azərbaycanda 16 nəfər H1N1 virusuna yoluxub.

O bildirib ki, kütləvi müayinələr aparılarsa bu virusa yoluxanların sayı daha da arta bilər.

Qeyd edilib ki, xəstəlik epidemiya şəkilini alarsa (kütləvi) Səhiyyə Nazirliyinin 3 klinikası mübarizəyə başlayacaqdır. Kütləvi olmadığı halda tədbirlərin görülməsi məqsədəuyğun sayılmır. 

"Azərbaycanda nə pandemiya, nə də epidemiya var. Adi mövsümi qripdir. Mövsüm də başa çatmaqdadır",- Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı H1N1 virusunu "donuz qripi" yox, adi mövsümi qrip kimi qəbul edir. Azərbaycandakı H1N1 virusu Gürcüstandakı ilə eynidir.

Bildirilib ki, xəstəyə H1N1 diaqnozunu qoymaq hər laboratoriyada aparılımır. Bu məqsədlə Azərbaycanda 1 laboratoriya fəaliyyət göstərir (Bakıda Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyası). 16 nəfərin "donuz qripi"nə yoluxduğu da məhz bu laboratoriyada müəyyənləşdirilib. 

Ümumdünya Səhiyyə Təşkilatı virusdan qorunmaq üçün peyvənd olmağı və xəstələrin yanına getməməyi tövsiyə edir. Gigeniyaya əməl edilməli, əllər tez-tez yuyulmalıdır.

ÜST-nin nümayəndəsi qeyd edib ki, 16 xəstənin 80%-i 1 həftə evlərində istirahət etdikdən sonra nomal həyatlarına dönüblər. Xəstələrin vəziyyəti kəskin deyil. Hazırda xəstəxanada yatan yoxdur. Bütün xəstələr evlərindədir.