logo

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

09:09 31-10-2024 | icon 875
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ Xəzinə Departamenti məlumat yayıb.

Bildirilib ki,budəfəli sanksiya 32 şəxsi və 350 şirkəti əhatə edib. Siyahıya Rusiyanın müdafiə naziri müavinlərinin adları da əlavə edilib. Siyahıda Rusiya ilə yanaşı Belarus, Çin, Hindistan, Türkiyə, İsveçrə və Çili vətəndaşlarının da adları var.

Məlumatda bildirilir ki, sanksiyalar əsasən Rusiya hərbi sənaye kompleksinə texnologiya və məhsullar tədarük edən şirkətlərə tətbiq edilib.