logo

Dünya çempionatı:Bu gün 3 güləşçimiz final görüşünə çıxacaq

10:10 29-10-2024 | icon 1148
Dünya çempionatı:Bu gün 3 güləşçimiz final görüşünə çıxacaq

Bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında final görüşünə çıxacaq.

YeniAvropa xəbər verir ki,  55 kiloqramda mübarizə aparan Eldəniz Əzizli həlledici mərhələdə İran təmsilçisi Poya Marz ilə qarşılaşacaq.

Nihat Məmmədli ( 63 kiloqram) qazaxıstanlı Yerjet Jarlikassinlə, Ülvü Qənizadə (72 kq) fransalı İbrahim Qanemlə üz- üzə gələcək.

Qurban Qurbanov ( 82 kiloqram) isə təsəlliverici görüşdə özbəkistanlı Jalqasbay Berdimuratov ilə münasibətlərini aydınlaşdıracaq.

Bu gün, həmçinin qadın güləşçilərimiz - Alyona Kolesniklə (59 kiloqram) Elis Manolova (65 kiloqram) mübarizəyə başlayacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ana Franka və polşalı Nataliya Kubati ilə görüşəcəklər.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 31-də yekun vurulacaq.