logo

Faktiki hava:Dağlıq rayonlara qar yağıb

09:09 27-10-2024 | icon 1225
Faktiki hava:Dağlıq rayonlara qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 27-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlaırında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 millimetr, Astarada 34 millimetr, Lənkəranda 26 millimetr, Qəbələ və Qobustanda 13 millimetr, Lerikdə 11 millimetr, Xaltanda 9 millimetr, Yardımlıda 8 millimetr, Qax və Cəfərxanda 7 millimetr, Sabirabadda 5 millimetr, Şəkidə 4 millimetr, Altıağac, Oğuz, Beyləqan , Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 millimetr, Neftçala və Şabranda 2 millimetr, Zaqatala, Balakən, Qubada 1 millimetr olub.

Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.