Cari ilin yanvar–sentyabr aylarında fiziki şəxslərin banklarda olan əmanətlərinin həcmi 13 milyard 849 milyon manat təşkil edib.
YeniAvropa Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 65,4 faizi (9,063.1 milyon manat) milli valyutada, 34,6 faizi (4,786 milyon manat) isə xarici valyutadadır.
Məlumatda qeyd edilib ki, fiziki şəxslərin əmanət portfelinin 59,5 faizi (8,242.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Cari ilin yanvar–sentyabr aylarında banklar tərəfindən 829,6 milyon manat xalis mənfəət, 1,268.7 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.
Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 190,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.