logo

Dövlət Komissiyası qeydiyyatdan keçməyən itkin ailələrinə müraciət edib

17:34 21-10-2024 | icon 518
Dövlət Komissiyası qeydiyyatdan keçməyən itkin ailələrinə müraciət edib

Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və müvafiq dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb. Buna səbəb kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. 

"Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində işçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir",-deyə komissiyanın müraciətində bildirilib.

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 14.

Qaynar xətt: 81-61

Tel: (012) 405-99-79

Mobil: (010) 232-33-77

E-poçt: [email protected]