logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir

11:11 21-10-2024 | icon 399
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir

Hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir.

YeniAvropa xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Azərbaycanda Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı ilə əlaqədar keçirilən tədbirdə söyləyib.

O bildirib ki, dövlət üçün xarici arenalara çıxa bilən beyin mərkəzlərinin fəaliyyəti olduqca önəmlidir. Beyin Mərkəzləri Platformasının fəaliyyətə başlaması ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verəcək.

Fuad Axundov əlavə edib ki, 44 günlük savaş zamanı xarici media resurslarından Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparılırdı. Onun qarşısını almaq üçün Prezident İlham Əliyev özü önə çıxaraq müxtəlif, həmçinin bizə heç də dost münasibət bəsləməyən xarici media resurslarına müsahibə və açıqlamalar vermişdi. Vətən müharibəsi dövründə Azərbaycan informasiya müharibəsində də qələbə qazandı.