Oktyabrın 20-si Zəngilan Şəhəri Günüdür.
YeniAvropa xəbər verir ki, Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.
1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İyirmi yeddi il davam edən işğal dövründən sonra 44 günlük Vətən müharibəsində Ordumuz uğurlu hərbi əməliyyatlar nəticəsində rayonu erməni quldur birləşmələrindən təmizləməyə nail olub.
Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edildi.
2023-cü il iyulun 31-də isə dövlət başçısının imzaladığı sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.