logo

Faktiki hava: Talaçay, Kürmükçay və Zəyəmçaydan sel keçir

12:12 18-10-2024 | icon 868
Faktiki hava: Talaçay, Kürmükçay və Zəyəmçaydan sel keçir

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 10:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, leysan xarakterli intensiv və güclü yağış nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçir.