logo

Azərbaycanın dövlət müstəqilliyini bərpasından 33 il ötür

09:01 18-10-2024 | icon 1428
Azərbaycanın dövlət müstəqilliyini bərpasından 33 il ötür

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür.

YeniAvropa xəbər verir ki, 33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi.

2021-ci il oktyabrın 15-də Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.