Cozef Bayden Ukraynaya dəstək üçün Almaniyaya gəlib
ABŞ prezidenti Cozef Baydenin Almaniyaya səfəri başlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, prezidentin təyyarəsi – “Air Force One” oktyabrın 17-də gecə saatlarında Berlin aeroportuna enib.
Cozef Bayden oktyabrın 18-də “Bellevue” sarayında Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşəcək.
Görüş zamanı ABŞ prezidentinə Almaniyanın Böyük Xaç Ordeni təqdim ediləcək.
Federal Prezident Ofisinin açıqlamasında Baydenin “Almaniya-Amerika dostluğuna və Transatlantik ittifaqına” xidmətlərinə görə təltif olunduğu bildirilib. Birləşmiş Ştatların dövlət başçısı daha sonra Almaniyanın Federal Kansleri Olaf Şolts ilə görüşəcək.
Səfər çərçivəsində Olaf Şolts, Cozef Bayden, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında dördtərəfli formatda görüşün keçirilməsi də planlaşdırılır. Cozef Baydenin Berlindəki görüşlərində Ukraynaya dəstək verilməsi, Yaxın Şərqdə vəziyyət və digər məsələlərin müzakirə olunması gözlənilir. ABŞ Prezidentinin səfəri oktyabrın 18-də günortadan sonra başa çatacaq.
Xatırladaq ki, bu, Cozef Baydenin dördillik prezidentliyi dövründə Berlinə ilk səfəri olacaq. O, 2022-ci ildə Bavariyadakı Elmau şəhərində keçirilən G7 Sammitində iştirak edib. Prezident, həmçinin ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail səfərindən qayıdarkən prezident təyyarəsinə yanacaq doldurulması üçün Rammşteyn şəhərindəki ABŞ hərbi bazasında olub.
Cozef Baydenin oktyabrın 10-dan 12-dək Almaniyaya planlaşdırılan səfəri “Milton” qasırğası ilə əlaqədar təxirə salınmışdı. Həmin səfər zamanı Ramşteyn bazasında Ukraynaya dəstək verən ölkələrin geniştərkibli görüşü nəzərdə tutulmuşdu.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq