Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Oktyabrın 17-də Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, ilk dəfə Azərbaycanda təşkil olunan forumda dünyanın 8 ölkəsindən aparıcı universitetlərin professorları iştirak edirlər.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Azərbaycanda keçirilən bu forumda maşın proqramlaşdırma, süni intellekt və data elmləri sahələrində inqilabi ideyalar müzakirə ediləcək. Tədbir dünyanın bir çox aparıcı alimlərini, süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı, tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov diqqətə çatdırıb ki, rəhbəri olduğu qurumun adı belə sənaye inqilabı ilə bağlıdır. “Beləliklə, hazırda müxtəlif ölkələr öz inkişafında sənaye inqilabının bir hissəsinə çevrilirlər. Bir mərkəz olaraq biz Dünya İqtisadi Forumu ilə çox sıx işləyirik. Hamı bunu Davos Forumu kimi tanıyır. Biz Davos Forumunun dünyada böyük bir ittifaq olan süni intellekt idarəetmə qrupuna öz töhfəmizi veririk. Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu əməkdaşlıq əlaqələrinin qurulması üçün əla fürsətdir və biz sizi azərbaycanlı mütəxəssislərin də öz töhfəsini verə biləcəyi qrupa apara bilərik. Dünya çox sürətlə dəyişir. Texnologiya sürücülərdən biridir. Dünya İqtisadi Forumunun hesabatına görə, əsas bacarıqların təxminən 40 faizdən çoxu yaxın bir neçə ildə avtomatlaşdırma və süni intellektə görə dəyişəcək. Bunu nəzərə alaraq keçən il biz aparıcı beynəlxalq onlayn təhsil platformalarından biri olan “Coursera” ilə əməkdaşlığa başladıq. Biz 10 min nəfər Azərbaycan vətəndaşına “Coursera” üzrə 800-dən çox müxtəlif kurslara pulsuz giriş imkanı yaratdıq” - deyə F.Cəfərzadə əlavə edib.
Tədbir təqdimatlarla davam edib.
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı