Avropa İttifaqının(Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Gürcüstanın Avropaya inteqrasiya yolundan çıxması barədə bəyanatı Gürcüstan tərəfindən narazılıqla qarşılanıb.
YeniAvropa xəbər verir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası C.Borrelin bəyanatına sərt cavab verib.
“Gürcü Arzusu” partiyasının deputatı İrakli Kirtxalia deyib ki, belə yüksək tribunadan Borrel kimi yüksək səviyyəli nümayəndənin anti-Gürcüstan bəyanatları nə ikili, nə də üçlü standartlara sığmır. Bu, hər cür reallıqdan uzaq, çox ədalətsiz bir bəyanatdır.
Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri C.Borrell Gürcüstanın Avropaya inteqrasiya yolundan çıxdığını bəyan edib.